BDU-nun əcnəbi tələbələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

08/11/2025

Bakı Dövlət Universitetinin (BDU) bir qrup əcnəbi tələbəsi 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib. Onlar  Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. BDU-nun əcnəbi tələbələrinə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, müstəqilliyimizin qorunması yolunda gördüyü misilsiz xidmətlər barədə ətraflı məlumat verilib.

Daha sonra tələbələr Şəhidlər xiyabanını ziyarət ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub. Ziyarət zamanı BDU-nun əcnəbi tələbələri Azərbaycanın haqq savaşı, Vətən müharibəsi və Zəfər Günü ilə bağlı məlumatlandırılıblar.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026