BDU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkını və II Şəhidlər xiyabanını ziyarət ediblər

05/11/2022

Bakı Dövlət Universitetində (BDU) təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına və İkinci Şəhidlər xiyabanına ziyarəti təşkil olunub.
Əvvəlcə əcnəbi tələbələr Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin canlı muzeyi olan Hərbi Qənimətlər Parkını ziyarət ediblər. 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı qələbə barədə əcnəbi tələblərə geniş məlumat verilib. Bildirilib ki, Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri bu parkda nümayiş olunur. Əcnəbi tələbələr Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış, istifadəsi qadağan olunan “İskəndər‒M” raketinin qalıqları ilə tanış olublar.
Daha sonra əcnəbi tələbələr II Şəhidlər xiyabanını ziyarət ediblər. Onlara Azərbaycanın illərlə məruz qaldığı erməni işğalı, torpaqlarının azad edilməsi uğrunda apardığı mübarizə, Vətən müharibəsi barədə ətraflı məlumat verilib. Əcnəbi tələbələr Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin məzarlarının üzərinə gül dəstələri düzərək onların  xatirələrinə dərin ehtiramlarını bildiriblər.

 

Xəbərlər

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub

BDU-nun 9 tələbəsi “Codelandia”nın xüsusi təqaüd proqramlarının qalibi olub
30/05/2025

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb

BDU-nun təşkilatçılığı ilə tələbələr arasında "Çəkişmə" hüquq müsabiqəsi başa çatıb
30/05/2025

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar

Bolqarıstanlı alimlər BDU-nun Filologiya fakültəsinin qonağı olublar
30/05/2025