BDU-nun əcnəbi tələbələri işğaldan azad olunmuş rayonlarda

03/06/2021

Bakı Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər  Təhsil Nazirliyi və Müdafiə  Nazirliyinin, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib. BDU-nun Xarici tələbələrlə iş şöbəsinin iştirakı ilə baş tutan səfərdən əvvəl tələbələr Şəhidlər Xiyabanını ziyarət ediblər.

Səfərin məqsədi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, əcnəbi tələbələrə Ermənistanın işğalçılıq və barbarlıq siyasətinin ağır nəticələri ilə əyani göstərilməsi, Azərbaycanın regionda sülh və əmin-amanlq bərqərar olması istiqamətində gördüyü işlər və təşəbbüslər barədə, əzəli torpaqlarımızın – Qarabağın tarixi, maddi-mədəni abidələri və s. haqqında məlumatlandırmaqdır.

Xarici tələbələrlə iş şöbəsi səfərdən öncə tələbələrə Qarabağın tarixi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, bu mövzuda yaddaş vərəqəsi təqdim edib.

Səfər çərçivəsində tələbələr Füzuli rayonunda qədim məscid, qəzet redaksiyası, köhnə qəbiristanlıq, Cəbrayıl rayonunda Xudafərin körpüsü, su elektrik stansiyası, “Dostluq bulağı”, “Qədim çinar”, yay kinoteatrı ziyarət ediblər. Cəbrayıl rayonunda xidmət edən əsgər və zabitlərlə görüşüblər.

Səfər zamanı əcnəbi tələbələr Azərbaycan bayrağı açaraq “Qarabağ Azərbaycandır!” şüarı səsləndiriblər. Qarabağın Azərbaycan üçün əhəmiyyətini, bölgənin tarixi və zəngin mədəni irsini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə “Nargis” jurnalının Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Karabakh is Azerbaijan” adlı xüsusi buraxılışı əcnəbi tələbələrə təqdim edilib.

Sonda xatirə şəkili çəkdirilib, əcnəbi tələbələr öz təəssüratlarını bölüşüblər.

 

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026