BDU-nun əcnəbi tələbələri Qala və İçərişəhərdə
31/05/2022
Bakı Dövlət Universitetinin (BDU) əcnəbi tələbələri "Qala" Dövlət Tarix-Etnoqrafiya və "İçərişəhər" Dövlət Tarix-Memarlıq qoruqlarını ziyarət ediblər.
"Azərbaycanı tanıyaq" şüarı altında təşkil olunmuş ekskursiya zamanı əcnəbi tələbələrə Abşeron yarımadasının tarixi, landşaftı, əhalisi və mədəniyyəti haqqında məlumat verilib. Onlar Abşeron yarımadasına aid orta əsr şəhərini, avanqard incəsənət muzeyini ziyarət ediblər.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət zamanı tələbələr Şirvanşahlar Saray Kompleksi ilə yaxından tanış olub, Qız qalasından şəhər mənzərəsini seyr ediblər.
![]() |
![]() |
![]() |
Xəbərlər
BDU-da ilk dərs günündən 107 il ötür
BDU-da ilk dərs günündən 107 il ötür
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub



