BDU-nun əcnəbi tələbələri XII Bakı Beynəlxalq Kitab Sərgisini ziyarət ediblər

22/10/2026

Bakı Dövlət Universitetinin (BDU) əcnəbi tələbələri üçün Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiya təşkil olunub.

Ekskursiyanın məqsədi əcnəbi gənclərin kitaba və mütaliəyə olan marağını artırmaq, müxtəlif xalqların ədəbiyyatı və nəşr nümunələri barədə dünyagörüşünü genişləndirmək, onları Azərbaycanın zəngin ədəbi-mədəni mühiti ilə yaxından tanış etməkdir.

Ekskursiya zamanı tələbələr müxtəlif nəşriyyatların təqdim etdiyi kitablarla tanış olmaq, ədəbiyyatın və mütaliənin əhəmiyyəti barədə yeni təəssüratlar əldə etmək imkanı qazanıblar. Onlar həm yerli, həm də xarici nəşriyyatların təqdim etdiyi çoxsaylı kitab stendləri, yeni nəşrlər və mədəniyyət nümunələri ilə tanış olublar.

 

Xəbərlər

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü

BDU-da “Ümummilli Lider: Heydər Əliyev mühazirələri” layihəsinin növbəti görüşü
27/10/2026

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistanın Termez Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb
27/10/2026

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir

BDU təhsil tələbə krediti üzrə güzəştlərdən yararlanan tələbələrin sayına görə liderdir
27/10/2026