BDU-nun əcnəbi tələbələri yardım aksiyası keçirib

17/04/2020

Koronavirus (COVID-19) epidemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) 2020-ci il 1 aprel tarixindən etibarən tədrisin məsafədən təşkilini uğurla davam etdirir. Universitetin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda beynəlxalq təcrübədə də geniş yayılan “Microsoft Teams” platforması vasitəsilə video-konfrans alətinin tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub. Universitetdə təhsil alan 400-ə yaxın xarici tələbə platformadan istifadə edərək təhsilini davam etdirir.

BDU-da təhsil alan əcnəbi tələbələr eyni zamanda ölkədə həyata keçirilən xeyriyyə tədbirlərinə dəstək məqsədilə yardım kampaniyalarında da yaxından iştirak edirlər. Bunlardan biri də Universitetin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi, Pakistan Respublikasının vətəndaşı Athar Mahmutdur. A.Mahmutun təşəbbüsü ilə yardım aksiyası keçirilib. Aksiya çərçivəsində Bakının Əhmədli və Ramanı qəsəbələri ərazilərində  ehtiyacı olan ailələrə baş çəkilib, ərzaq yardımı paylanılıb.

Xəbərlər

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib

BDU tələbəsi Səkinə Hacızadə nüvəitələmə növündə U-23 qadınlar arasında ölkə rekordunu yeniləyib
17/06/2026

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır

BDU Qazaxıstanın Torayğırov Universiteti ilə əməkdaşlığa başlayır
17/06/2026

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb

BDU-nun iki jurnalı “Web of Science Core Collection” bazasında ilk onluqda qərarlaşıb
17/06/2026