BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

11/09/2026

Sentyabrın 10-da Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, elm və təhsil naziri Emin Əmrullayev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren, ölkəmizdəki xarici səfirlər, yerli və beynəlxalq rəsmi qonaqlar, həmçinin “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Azərbaycanda təhsil alan xarici tələbələr iştirak ediblər.

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində magistratura səviyyəsində təhsil alan İndoneziya vətəndaşı Sofiana Afifah Jamil konfransda fəal iştirakı və akademik göstəriciləri ilə fərqləndiyinə görə tədbir təşkilatçıları tərəfindən sertifikatla təltif olunub.

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!

 

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026