BDU-nun Coğrafiya fakültəsində şəhid Nurlan Əbilovun xatirəsi anılıb

19/04/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə fakültənin məzunu, Vətən müharibəsi şəhidi Nurlan Əbilovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Dövlət himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində şanlı qələbəsinin tariximizə qızıl hərflərlə yazıldığını, 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın mənfur düşməndən azad edildiyini qeyd edib. O, şəhid Nurlan Əbilovun həyatı, tələbəlik illəri barədə tələbələrə məlumat verib, onun Vətən müharibəsi başlayan zaman döyüşlərə könüllü qatıldığını bildirib.

Nurlan Əbilovun qrup yoldaşı Yalçın Kamilov tələbəlik illəri barədə xatirələrini bölüşüb. O, Nurlan Əbilovun qəhrəmanlığının yüksək qiymətləndirildiyini, onun "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Coğrafiya fakültəsinin məzunu, Vətən müharibəsi qazisi Cavid Aşirov şəhid ailələrinin üzvləri və qazilərin dövlət rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini bildirib, tədbirin təşkilatçılarına təşəkkür edib.

Şəhid Nurlan Əbilovun həmyerlisi, Coğrafiya fakültəsinin III kurs tələbəsi Samir Məmmədov Şərəfə kəndinin şəhidləri, onların döyüş yolu barədə məlumat verib.

Tədbirin sonunda şəhid Nurlan Əbilova həsr olunmuş videoçarx təqdim edilib.

Xəbərlər

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı

Həmrəylik, xeyirxahlıq, humanizm bayramı
27/05/2026

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib

XİN-in təşkilatçılığı, BDU və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının əməkdaşlığı ilə “Afrika Günü”nə həsr olunmuş konfrans keçirilib
26/05/2026

BDU-nun II kurs tələbələrinin nəzərinə!

BDU-nun II kurs tələbələrinin nəzərinə!
26/05/2026