BDU-nun Coğrafiya fakültəsində Xocalı qurbanları anılıb

25/02/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir Dövlət himninin səsləndirilməsi və Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Coğrafiya fakültəsinin dekanı, dosent Şəkər Məmmədova Xocalı faciəsinin dəhşətləri, yaddaşlarda buraxdığı izlər, soyqırımın dünyada tanıdılması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər barədə çıxış edib. O vurğulayıb ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan şanlı zəfərlə Xocalı qurbanlarının da qisası alınıb.

Tarix fakültəsinin professoru Sevda Süleymanova ermənilərin Qafqaza yerləşdirilməsi, azərbaycanlılara qarşı törədilən qətliamlar barədə tədbir iştirakçılarını məlumatlandırıb.

BDU THİK sədri Hacıbaba Mustafayev ermənilər tərəfindən törədilən soyqırımların gənc nəslə çatdırılmasının vacibliyini qeyd edib, bütün tələbələri bu işdə aktiv olmağa səsləyib.

Tələbələrdən Nazilə Əsgərova, Leyla Şıxıyeva, Ayla Həsənzadə və İlkanə Qasımova Xocalı faciəsi, soyqırıma beynəlxalq müstəvidə hüquqi-siyasi qiymətin verilməsi barədə müxtəlif dillərdə məruzələr ediblər. Sonra tələbələrin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlər və musiqi parçaları ifa olunub.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
20/08/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinə müsabiqədənkənar qəbul olunmaq istəyən şagirdlərin nəzərinə!
17/08/2026

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”

BDU-nun Astrofizika kafedrası: “Avqustun 28-də ilin ikinci Ay tutulması olacaq”
17/08/2026