BDU-nun Coğrafiya fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə!

11/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində 6 kafedra - Fiziki coğrafiya, İqtisadi və sosial coğrafiya, Geodeziya və kartoqrafiya, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası, Hidrometeorologiya, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedraları fəaliyyət göstərir.

Bakalavriat səviyyəsində 6 ixtisas - Coğrafiya, Coğrafiya müəllimliyi, Turizm işinin təşkili, Geomatika və geodeziya mühəndisliyi, Hidrometeorologiya və Davamlı inkişafın idarə edilməsi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Coğrafiya ixtisası üzrə məzunlar landşaftın təkamülü və dinamikası, təbiətin inkişaf qanunauyğunluqları, təbii ehtiyatların səmərəli istifadəsi, təbiət proseslərinin tədqiqi, sosial infrastrukturun və istehsalın ərazi təşkilinin iqtisadi-coğrafi xüsusiyyətləri, dünyada və ölkəmizdə baş verən demoqrafik proseslərin öyrənilməsi sahələrində biliklərə yiyələnirlər. Bu ixtisas üzrə məzunlar müxtəlif dövlət qurumlarında, institutlarda, yaşıllaşdırma idarələrində və s.-də mütəxəssis kimi işləyə bilərlər.

Coğrafiya müəllimliyi ixtisası üzrə məzunlar ümumi orta təhsil müəssisələrində (məktəblər, liseylər və gimnaziyalar) Coğrafiya fənni üzrə yüksək peşəkarlıqla tədris apara bilərlər.

Davamlı inkişafın idarə edilməsi ixtisası üzrə məzunlar geosiyasət, davamlı inkişafın məqsədləri, iqtisadi, sosial və ekoloji tarazlıq haqqında biliklərə malik mütəxəssis kimi bir çox müəssisələrdə çalışa bilərlər.

Turizm işinin təşkili ixtisası üzrə məzunlar xarici və daxili turların təşkili, partnyorlarla əlaqə və işgüzar yazışmalar, müştəri sorğularının cavablandırılması, aviabilet əməliyyatları, operativ marketinq təkliflərinin hazırlanması, mehmanxana və sosial-ictimai sahədə xidmətlərin təşkili, xidmət keyfiyyətinə nəzarət sahələrində, ölkəmizdə və xaricdə fəaliyyət göstərən mehmanxana şəbəkələrində, turizm şirkətləri və beynəlxalq turizm təşkilatlarında, Dövlət Turizm Agentliyi və s. qurumlarda işləyə bilərlər.

Geomatika və geodeziya mühəndisliyi ixtisası üzrə məzunlar mühəndis, topoqrafik və mədən ölçmələri, coğrafi informasiya sistemləri (CİS), geodeziya şəbəkələrinin müşahidəsi, təhlili və qiymətləndirilməsi, nivelirləmə, geoməkan analizi, məsafədən zondlama, şəhər planlaşdırılması və ətraf mühitin monitorinqi sahələrində işləyə bilərlər.

Hidrometeorologiya ixtisası üzrə məzunlar hidrometeoroloji məlumat, hava proqnozu, meteorologiya, aerologiya, qurunun və okeanların hidrometeoroloji rejiminin öyrənilməsi və s. sahələrdə işləyə bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024