BDU-nun Coğrafiya fakültəsinin tələbələri Qubada çöl-tədris təcrübəsində

23/05/2022

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin tələbələri Quba rayonunda çöl-tədris təcrübəsində olublar.
Onlar BDU-nun Quba Tədris-təcrübə və istirahət Mərkəzində ərazinin fiziki-coğrafi, iqtisadi-coğrafi, hidrometeoroloji, turizm-rekreasiya göstəriciləri, təsərrüfat sahələri ilə tanış olub, əhalisi barədə məlumat alıblar .
Fakültə dekanı Şəkər Məmmədova, Polşanın Pozna Universitetinin professoru Sezari Mondini , eləcə də təcrübə rəhbərləri - professor Çingiz İsmayılov, dosent Saleh Nağıyev, dosent Elxan Nuriyev, coğrafiya üzrə fəlsəfə doktoru Səbuhi Talıbov ərazinin  landşaftı, su hövzələri, torpaq-bitki örtüyü, eləcə də turizm-rekreasiya ehtiyatları haqqında tələbələri məlumatlandırıblar.
Fakültənin tələbələri ilə birlikdə ayrı-ayrı ixtisaslaşmalar üzrə ərazinin təbii şəraitinin qiymətləndirilməsi aparılıb.

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”

BDU-nun Astrofizika kafedrası: “Payız fəsli Azərbaycana sentyabrın 23-ü saat  04:05:08-də daxil olacaq”
04/09/2026

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda

BDU-nun əməkdaşı və TGT sədri Antalyada “Gənclərin Dəyişimi Proqramı”nda
04/09/2026

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"

BDU məzunu olan Dövlət Proqramı təqaüdçüsü: "Böyük arzular kiçik addımlardan başlayır"
04/09/2026