BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş

24/11/2023

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Rektor Elçin Babayev 2023/2024-cü tədris ilində BDU-da yeni yaradılan ixtisaslara olan maraqdan, keçmiş ixtisasların yeni dövrün tələblərinə uyğun formalaşdırılmasının vacibliyindən danışıb. Həmçinin yeni tədris ilində yenidən istifadəyə verilən BDU-nun 2 saylı korpusunda aparılan təmir və yenidənqurma işləri barəsində məlumat verib. Bildirib ki, tədris binası indi yüksək standartlara cavab verən avadanlıqlarla tam təchiz olunub və tələbələrin tədris prosesinin düzgün təşkili üçün hər cür şərait yaradılıb.

Rektor BDU-da yeni yaradılan, müstəqil Azərbaycan dövlətinin, Ordusunun qəhrəmanlıq tarixinin öyrənilməsi sahəsində təbliğat mərkəzlərindən birinə çevriləcək "Zəfər tarixi” lektoriyasından da söz açıb. Bildirib ki, İctimai Nəzarət Şurasının növbəti iclaslarını bu məkanda keçirmək də mümkün olacaq.

İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Şura üzvləri BDU-da tədris prosesinin təşkili və yenidənqurma işlərini yüksək dəyərləndirib, öz təkliflərini səsləndiriblər. Müzakirələrdə Universitetdə reallaşdırılacaq yeni işlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır

BDU-da süd vəzi xərçənginin diaqnostikasında yeni biomarkerlərin tədqiqi araşdırılır
27/02/2026

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya

BDU tələbələri üçün “AnewZ” telekanalında infossessiya
27/02/2026

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib

400 BDU könüllüsü “Justice for Khojaly 613” fləşmobunda iştirak edib
27/02/2026