BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüş

07/07/2023

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev BDU-nun İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Əvvəlcə BDU İctimai Nəzarət Şurasının üzvü, “Moderator.az” saytının iyunun 18-də vaxtsız vəfat edən rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin əziz xatirəsi yad edilib.

Rektor Elçin Babayev Şura üzvlərinə yekun dövlət attestasiyası, yaz imtahan sessiyasının təşkili, BDU-da son zamanlar həyata keçirilən islahatlar, tədris, elm fəaliyyəti, ikili diplom proqramları barədə məlumat verib. Qeyd edib ki, 2022/2023-cü tədris ilinin yaz imtahan sessiyasında 704 qrup üzrə 15 mindən çox tələbə, 240 ixtisaslaşma üzrə 1000-ə yaxın magistrant iştirak edib. İyulun 6-dan 12-dək isə isə üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə və magistrantlara şərait yaradılması nəzərdə tutulub.

Apelyasiya Komissiyasının sədri Elşad Qurbanov isə sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif, Elm və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılması barədə məlumat verib.

İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Şura üzvləri Əminə Ağzadə, Rəşad Məcid, Eldar Qocayev, Lalə Nurəddinqızı BDU-da aparılan işləri yüksək dəyərləndirib, öz təkliflərini səsləndiriblər. Müzakirələrdə universitetdə tədris prosesinin təşkili, Universitetin gələcək inkişafı, müəllim-tələbə münasibətləri kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026