BDU-nun daha 13 məzunu dünyanın ən nüfuzlu universitetlərində dövlət hesabına təhsil alacaq

14/08/2024

Bakı Dövlət Universitetinin (BDU) daha 13 məzunu  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və məşhur universitetlərdə magistratura təhsili alacaq.

2024-2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti siyahısına əsasən, proqramın iştirakçısı adını qazanan 205 nəfərdən 13-ü BDU-nun məzunudur. Onlardan 8-i Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, 4-ü Amerika Birləşmiş Ştatları, 1-i İsveç Krallığının məşhur universitetlərində təhsil alacaq.

BDU məzunları tərəfindən üstünlük verilən əsas ixtisas istiqamətləri dövlət idarəetməsi, ictimai siyasət, maliyyə, biotexnologiya, fizika, data elmi və maşın öyrənməsidir.

Qeyd edək ki, bundan əvvəl BDU-nun 30 məzunu 2024-2025-ci tədris ili üçün Dövlət Proqramının iştirakçısı adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, ölkəmizin dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.

 

Xəbərlər

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib

BDU-nun tərəfdaşlığı ilə növbəti BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı – “LCOY Azerbaijan 2026” keçirilib
12/09/2026

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib

2025/2026-cı tədris ilində 1025 tələbə BDU-nu  fərqlənmə diplomu ilə bitirib
11/09/2026

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub

BDU-nun əcnəbi tələbəsi AIDA-nın yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda təltif olunub
11/09/2026