BDU-nun dekanı Polşada Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda məruzə edib

17/11/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan Polşa Respublikasının Varşava Universitetinin dəvəti ilə Türkoloji tədqiqatlar üzrə beynəlxalq konfransda “Türk və Azərbaycan romantik poeziyasının tarixi” mövzusunda məruzə edib.

Varşava Universitetinin Azərbaycan Mədəniyyəti Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Karaim Türkləri Fondu və Varşava Universitetinin birgə dəstəyi ilə təşkil olunan konfransa Polşa, Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Fransa, Gürcüstan, Litvadan türkoloq alimlər qatılıblar.

Konfrans çərçivəsində Aydan Xəndan Varşava Universitetinin Asiya və Afrika mədəniyyəti fakültəsinin dekanı Agata Bareja Stazinska ilə fakültələrarası əməkdaşlıq istiqamətlərini də müzakirə edib.

 

Xəbərlər

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib

BDU-nun 15 tələbəsinə universitet-sənaye tərəfdaşlığı çərçivəsində təqaüd verilib
20/10/2026

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin xatirəsinə həsr olunmuş intellektual yarış
20/10/2026

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri

BDU-da “Şərq ülkəri” ədəbi məclisinin növbəti tədbiri
20/10/2026