BDU-nun dilçi alimləri VIII Uluslararası Böyük Türk Dili Qurultayında iştirak edib

01/06/2017

VIII Uluslararası Böyük Türk Dili Qurultayı Ankarada Başkənt Öyrətmən evində təşkil olunub.

Türkiyədə “Dilimiz kimliyimizdir” başlığı altında “Türk dili ili” elan edilməsi ilə əlaqədar yüksək səviyyədə təşkil olunan tədbirə dünyanın 34 ölkəsindən  247 məqalə ilə 266 nəfər elm adamı qatılıb.

VIII Uluslararası Böyük Türk Dili Qurultayında Bakı Dövlət Universitetini Filologiya fakültəsinin alimləri-Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədli, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Məhəmməd Məmmədov, Türkologiya kafedrasının dosenti Qızılgül Abdullayeva, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti Rəhilə Quliyeva, “Türkoloji araşdırmalar” ETL-in kiçik elmi işçisi Pərvin Eyvazov təmsil ediblər.

Türkiyə Respublikasının Prezident sarayında baş tutan açılış mərasimində ölkə rəhbəri cənab Rəcəb Təyyib Ərdoğan, Baş nazirin müavini İldırım Toğrul, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun rəhbəri, professor Dərya Örs, Türk Dil Qurumu başqanı, professor Mustafa Kaçalin çıxış edərək qurultay iştirakçılarını salamlayıb, geniş türk coğrafiyasını əhatə edən bu tədbirin mədəni-siyasi əhəmiyyətindən, türk dilinin, türkologiyanın aktual problemlərindən söz açıb, elm adamlarına uğurlar arzu ediblər. Sonra prezident Rəcəb Təyyib Ərdoğan “Türk dünyasına xidmət ödülü”nün sahiblərinə mükafatlar təqdim edib.

Qurultayda elm adamları görkəmli alimlərin rəhbərliyi altında ayrı-ayrı bölmələrdə türkologiyanın müxtəlif istiqamətləri üzrə məruzələrlə çıxış ediblər. Məhərrəm Məmmədov “Güney Azərbaycan dialeklətlərində feilin zaman şəkilləri”, Məhəmməd Məmmədov “Türk etnik-mədəni ənənəsində Tanrını rəmzləndirən anlayışlar”, Qızılgül Abdullayeva “Oğuz-qıpçaq və qıpçaq-oğuz paralelliyi XVII əsr Azərbaycan türkcəsinin dil mənzərəsində”, Rəhilə Quliyeva “Bir daha Azərbaycan dilində feilin qrammatik məna növləri haqqında”, Pərvin Eyvazov “Akademik Tofiq Hacıyevin ortaq türk dili layihəsində Türkiyə türkcəsi” adlı məruzələrlə çıxış ediblər.

Qurultay çərçivəsində qonaqlar Ankara şəhəri ilə tanış  olublar. Şəhəri gəzən qonaqlar Anadolu mədəniyyətləri muzeyi, Qurtuluş savaşı muzeyi (Birinci və İkinci Türkiyə Böyük Millət Məclisinin tarixi binaları), Hacı Bayram Vəli türbəsi, Ankara qalası və digər memarlıq abidələri və tarixi yerlərlə yaxından tanış olublar. Sonra iştirakçılar Ankara Dövlət Opera və Balet teatrında “Türkçe Aşkı Vatan Aşkı” tamaşını seyr ediblər.

Tədbirin bağlanış mərasimində çıxış edən TDQ-nin rəhbəri, professor Mustafa Kaçalin, professor Şükrü Haluk Akalın, professor  Həmzə Zülfüqar qurultayın nəticələrini müzakirə edib, yekun fikirlərini bölüşüblər. Sonra BDU təmsilçiləri universitet adından Türk Dil Qurumuna xatirə hədiyyələri bağışlayıb, qurultaya xaricdən qatılan qonaqlara BDU haqqında kitab, buklet və “Bakı Universiteti” qəzetinin son sayını təqdim ediblər.

Həmçinin təşkilat komitəsi adından iştirakçılara qurultayın materiallar toplusu, sertifikatlar, TDQ-nin kitabları və bir sıra hədiyyələr təqdim olunub.

Mətbuat və informasiya şöbəsi, 01 iyun 2017-ci il.

Xəbərlər

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"

BDU-da elmi seminar: "Kitabxanaların informasiya funksiyası"
18/12/2024

Pakistanlı alim BDU-da ustad dərsi keçib

Pakistanlı alim BDU-da ustad dərsi keçib
18/12/2024

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub

BDU nümayəndə heyəti Qırğız Dövlət Texniki Universitetində olub
18/12/2024