BDU-nun dissertantı ABŞ-ın Massaçusets Universitetində Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir

22/09/2022

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Pedaqogika kafedrasının “Təhsilin təşkili və planlaşdırılması” ixtisası üzrə dövlət sifarişli fəlsəfə doktoru proqramının dissertantı Günay Ağamalıyeva ABŞ-ın Massaçusets Universitetində universitet müəllimlərinin professional inkişafı üçün nəzərdə tutulmuş Fulbrayt Fakültə İnkişaf Proqramında iştirak edir.
Proqramın məqsədi iştirakçıları ABŞ-da tədris proqramının inkişafına dair ən yaxşı təcrübələr və nəzəri yanaşmalarla tanış etmək, habelə iştirakçılara akademik və tədqiqat mənbələrinə ümumi baxış da daxil olmaqla bir kurikulumun necə inkişaf etdirilməsi barədə konkret strategiyalar göstərməkdir.
Qeyd edək ki, Günay Ağamalıyeva Fulbrayt Fakültə İnkişaf Proqramının ən gənc iştirakçısıdır.

Xəbərlər

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 31 il ötür
12/11/2026

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Şəhriyar Həbibinin məzarı ziyarət olunub
12/11/2026

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış

BDU-da Konstitusiya Gününə həsr olunmuş intellektual yarış
12/11/2026