BDU-nun doktorantı Avstriyada COST proqramı çərçivəsində keçirilən konfransda məruzə edib

23/05/2024

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşı və Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının doktorantı Xatirə Mehtiyeva Avstriyanin Vyana Texniki Universitetində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Elm və Texnologiyada Avropa Əməkdaşlığı (Europian Cooporation in Science and Technology - COST) proqramı tərəfindən keçirilən “2-ci MecaNano Cost Action 2024 ümumi yığıncağı”nda “Nanoölçülü SnSb2Te4 topoloji izolyatorun mexaniki üyüdülmə üsulu ilə alınması” adlı məqalə ilə çıxış edib.

Məruzədə topoloji izolator xassəli yeni kvant materialların gələcəyin kvant texnologiyalarının reallaşdırılmasındakı rolu müzakirə edilib. Bu sinif materiallar bu günə qədər həcmi kristallarda öyrənilib. Onların bir çox həcmi və səthi elektron xassələri daha aşağı ölçülərdə (nanoölçülərdə) tədqiq edilməyib.

Məruzəçi qeyd edib ki, spintronika və topotronika kimi gələcək texnologiyaların reallaşması və tətbiqi xüsusiyyətlərini nəzərə aldıqda bu sinif materialların nanoölçüdə dizayn və xassələrinin öyrənilməsi vacib elmi məsələdir.

Qeyd edək ki, hazırda Xatirə Mehtiyeva İtaliya hökuməti tərəfindən maliyyələşdirilən qrant müsabiqəsi çərçivəsində bu ölkənin Kalabriya Universitetində professor Marko Papagno və Daniela Pacilenin rəhbərliyi ilə topoloji izolyator tipli birləşmələr üzərində elmi tədqiqat işləri aparır.

 

Xəbərlər

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib

BDU-da “Rəqəmsal bacarıqlar və rəqəmsal iş mədəniyyəti” mövzusunda təlim keçirilib
13/10/2026

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb
13/10/2026

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq”
12/10/2026