BDU-nun doktorantı Böyük Britaniyanın Kembric Universitetində Beynəlxalq konfransda iştirak edib

27/04/2018

Bakı Dövlət Universitetinin  Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanova   Böyük Britaniyanın Kembric Universitetində keçirilən “Təbiət Elmləri üzrə Beynəlxalq Tələbə Konfransı”nda iştirak edib. “Cənubi Qafqazda ceyranın (Gazelle subgutturosa) yaşayış arealları” mövzusunda çıxış edən Sevinc Saruxanova,  konfrans müddətində Kembric Zoologiya Muzeyində Çarlz Darvin tərəfindən toplanmış nadir eksponatlarla  yaxından tanış olub.  O, həmçinin   təbiəti mühafizədə genetikanın rolu və təbiəti mühafizə layihələrinin qiymətləndirilməsi mövzusunda seminarlarda da iştirak edib. Dünyanın 133 ölkəsindən nümayəndələrin iştirak etdiyi konfransın əsas məqsədi gənc alimlər arasında gələcək karyeraları üçün şəbəkə yaratmaq, ideyaları bölüşmək və təcrübə qazanmaq olub. Qeyd edək ki, Sevinc Saruxanovaya konfransda uğurlu iştirakına görə sertifikat təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 27 aprel 2018-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026