BDU-nun doktorantları Dubnada “Gənc alimlər üçün təcrübə proqramı”nda iştirak ediblər

21/11/2016

Bakı Dövlət Universitetinin doktorantları Nərmin Hüseynova, Aygül Novruzova və Zeynəb Bayramova Rusiya Federasiyasının Dubna şəhərində keçirilən “Gənc alimlər üçün təcrübə  proqramı”nda iştirak ediblər. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və Birləşmiş Nüvə Tədqiqatları İnstittuunun (BNTİ)  maliyyə dəstəyilə keçirilən proqram çərçivəsində doktorantlar BNTİ-nin yüksək enerjilər fizikası, radiobiologiya, nüvə problemləri, nüvə reaksiyaları, nəzəri fizika, neytron fizikası laboratoriyaları ilə tanış olub, nəzəri və praktiki seminarlarda iştirak ediblər. Onlar həmçinin proqrama uyğun olaraq elmi-istehsalat mərkəzi, Aspekt və Dubna universitetləri, Dubna Xüsusi Ekonomik Zonası və Skolkov İnnovasiya Mərkəzində ekskursiyalarda olublar.

Təcrübə proqramına əsasən iştirakçılar quruplar şəklində bölünərək, layihələr təqdim edib və bir ay müddətində həmin layihə üzərində işləyiblər. Proqramın sonunda iştirakçılar təqdim etdikləri layihələri komissiya qarşısında uğurla müdafiə edərək diploma layiq görülüblər.

Doktorantlar hər il olduğu kimi, bu il də ''Azərbaycan günü'' təşkil edərək müxtəlif ölkələrdən olan həmkarlarına Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat veriblər. Böyük maraqla qarşılanan tədbirin sonunda tariximizi, mədəniyyətimizi əks etdirən suvenirlər iştirakçılara təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 21 noyabr 2016-cı il.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026