BDU-nun doktorantları I beynəlxalq məktəb-seminarda iştirak ediblər

07/12/2018

Neft və geoekologiya” mövzusunda I beynəlxalq məktəb-seminar öz işinə başlayıb AMEA-nın Əsas binasında Neft və Qaz İnstitutunun (NQİ) təşkilatçılığı ilə gənc alim və tələbələrin “Neft və geoekologiya” mövzusunda I beynəlxalq məktəb-seminarı öz işinə başlayıb. Tədbir AR Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən elan edilmiş Gənc alim və mütəxəssislərin dördüncü birgə qrant müsabiqəsində qalib olmuş “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş I beynəlxalq məktəb-seminar “Neft və geoekologiya” adlı layihəyə əsasən keçirilir. AMEA-nın gənc alim və mütəxəssislərinin, magistrlərinin, Azərbaycanın ali təhsil müəssisələrinin tələbələrinin, o cümlədən Rusiya, Ukrayna, Qazaxıstan, Almaniya və Gürcüstandan bu istiqamətdə tədqiqat aparan gənclərin iştirak etdiyi seminar EİF, GİN və BP şirkətinin Azərbaycandakı nümayəndəliyinin dəstəyilə baş tutub. Məşğələni NQİ-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, yer elmləri üzrə fəlsəfə doktoru Rəqsanə Əsgərova açaraq iclasın gündəliyi barədə məlumat verib. Bildirib ki, iki gün davam edəcək seminarın plenar iclaslarında 30-a yaxın məruzə dinləniləcək. Sonra EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək seminarın hazırlıq prosesindən danışıb, məktəbin gənc alimlər arasında beynəlxalq əməkdaşlığın güclənməsində, mədəniyyətlərarası dialoqun inkişafında, Azərbaycan elminin dünyada təbliğində önəmli rol oynayacağını söyləyib. Daha sonra çıxış edən AMEA-nın vitse-prezidenti, NQİ-nin direktoru, akademik İbrahim Quliyev tədbirin dəstəkçilərinə gənc alimlərə yaratdıqları şəraitə görə təşəkkür edib. Seminarda, həmçinin Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin tələbə, doktorant və əməkdaşları Əhmədova Nuranə, Mirzəyeva Səriyyə və Quliyeva Xavər da iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Xəbərlər

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib

BDU rektorunun müşaviri Asiman İlyasov ARACIS-in “Beynəlxalq Ekspert Reyestri”nə daxil edilib
19/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək

BDU-nun həmtəşkilatçılığı ilə Qubada tələbələr və şəhid-qazi övladları üçün Yay düşərgəsi keçiriləcək
19/08/2026

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub

BDU-nun Abituriyent Məlumat Mərkəzinə 600-dən çox müraciət qəbul olunub
19/08/2026