BDU-nun doktorantı Yaponiyada tədqiqat aparacaq

21/09/2017

Bakı Dövlət Universiteti Fizika fakültəsinin doktorantı Almara Rəhimli Yaponiyanın Kumamoto Universitetinin “Tətbiqi kimya və biokimya” mərkəzində  tədqiqat işi aparacaq. Yaponiya dövlətinin dəvəti ilə reallaşan səfər bu ölkənin Elm Fondu tərəfindən maliyyələşdirilir. Almara Rəhimli bir aylıq elmi ezamiyyət müddətində səthi karbonabənzər materialla modifikasiya olunmus titan-dioksid nanohissəciklərini yeni metodla sintezi vəxassələrinin tədqiqi, tətbiqi imkanlarının araşdırması məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, Bakı Dövlət Universitetində son zamanlar doktorantların ikili rəhbər məsələlərinə xüsusi diqqət yetirilir.

Doktorant Almara Rəhimlinin elmi rəhbərlərindən biri BDU-nun Fizika fakültəsinin dekanı,

professor Məhəmmədəli Ramazanov, digəri isə Kumamoto Universitetinin professoru Hirotaka İharadır.

Mətbuat və informasiya şöbəsi, 21 sentyabr 2017-ci il.

Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026