BDU-nun doktorantının məqaləsi yüksək impakt faktorlu jurnalda çap olunub

22/01/2022

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakultəsinin Cəbr və həndəsə kafedrasının doktorantı Təranə Sultanovanın elmi rəhbəri professor Arif Səlimov ilə birlikdə hazırladığı “2-jet laylanmalarının holomorf metrikləri haqqında” adlı məqaləsi offisi İtaliyada olan və “Springer” tərəfindən nəşr olunan  “Mediterranean Journal of Mathematics” jurnalının 2022-ci ilin 1-ci nömrəsində çap olunub. Bu jurnal “Web of Science” (Clarivate Analytics) elmi məlumatlar platformasının nüfuzlu SCI-Expanded indeksinə daxildir (impakt faktor: 1.400, Q2)

Məqalədə 2-ci mərtəbədən olan toxunan laylanmaların total fəzasına kommutativ nilpotent cəbr üzərində qurulmuş holomorf çoxobrazlıların real modeli kimi baxılaraq bu laylanma fəzalarında deformasiya olunmuş lift adı altında yeni Riman metriki daxil edilmiş və onun diferensial-həndəsi xassələri öyrənilmişdir.

Məqalə ilə tanış olmaq üçün linkə keçid edin:

https://link.springer.com/article/10.1007/s00009-021-01975-3



Xəbərlər

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur

BDU-da şəhərsalma və memarlıq irsinin kitabxana-informasiya təminatı tədqiq olunur
22/10/2026

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir

BDU XII Bakı Beynəlxalq Kitab Sərgisində: “Klassik ədəbiyyat və türkologiya” mövzusunda tədbir
22/10/2026

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq

BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq
22/10/2026