BDU-nun doktoranturasına qəbul imtahanlarında 291 nəfər iştirak edəcək

17/05/2023

Bakı Dövlət Universitetində (BDU) fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 2023-cü il üçün doktoranturaya qəbul imtahanlarına 291 nəfər qatılacaq.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında 279 namizəd iştirak edəcək. Fəlsəfə doktoru proqramı üzrə doktoranturanın əyani bölməsinə 103, qiyabi bölməsinə 164, dissertanturaya 12 nəfər sənəd verib.

Elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarında isə 12 nəfər iştirak edəcək. Elmlər doktoru proqramı üzrə doktoranturanın qiyabi bölməsinə 8 nəfər, dissertanturaya 4 nəfər sənəd verib.

Ən çox qeydiyyatdan keçmiş ixtisaslar Beynəlxalq münasibətlər, Hüquq və Jurnalistika ixtisaslarıdır.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026