BDU-nun dosenti alqoritmləri Maple proqramında tədqiq edib

01/04/2022

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsində “Ortoqonal polinomlar üzrə Qram-Şarlye ayrılışı vasitəsilə paylanma sıxlıqlarının təqribi ifadələrinin alınması alqoritminin Maple proqram paketində araşdırılması” mövzusunda elmi seminar keçirilib.

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi kafedrasının dosenti Qurban Qasımov eyniadlı mövzu ilə çıxış edib.                              

Məruzəçi müntəzəm paylanmış təsadüfi ədədlər generatoruna əsaslanan müxtəlif imitasiya modelləri, o cümlədən normal paylanmış təsadüfi ədədlərin generasiyası üçün Boks-Müller üsulu, məchul paylanma sıxlığının ayrılışına aid Qram-Şarlye sırası, bu sıranın çəki funksiyasının Pirson tənliyinin həlləri ilə əlaqəsi haqqında məlumat verib. O, məchul sıxlığın normal paylanmaya uyğunluq halına aid Ecvort ayrılışının əmsallarının generasiya olunmuş çoxluq üzrə hesablama alqoritmi və onun Maple proqram mühitində realizasiyasını göstərib.

Alınmış analitik düsturlar və sıxlığın qrafikləri təhlil olunub. Sıxlığın gamma-paylanmaya uyğunluq halı üçün Lambert funksiyaları və Laqer ortoqonal polinomları nəzəriyyələrinə əsaslanan, xüsusi işlənib hazırlanmış alqoritm və onun proqram fraqmenti araşdırılıb. Paylanma parametrinin müxtəlif qiymətlərində qurulmuş qrafiklərdə alınmış ayrılışların dəqiqlik dərəcələri təqdim edilib. Məruzəçi sonda Çebisev polinomları üzrə Qram-Şarlye sırasının müntəzəm paylanma sıxlığı üçün verdiyi analitik ifadə və uyğun qrafikə izah verib.

Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbərlər

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığında ilk qadın elmlər doktoru – professor Aida İmanquliyeva
10/10/2026

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək

BDU-da “Süni intellektlə daha effektiv tədris: ali təhsildə tədris prosesinin idarə olunması və optimallaşdırılması” adlı təlim keçiriləcək
09/10/2026

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib

BDU-da “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçirilib
09/10/2026