BDU-nun dosenti “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda məruzə edib

11/01/2022

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Dünya azərbaycanlıları: tarixi-demoqrafiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, dosent Səidə Quliyeva Sumqayıt Dövlət Universitetində Gənc Alimlər Şurasının təşkilatçılığı ilə “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda vebinarda iştirak edib. Vebinarı giriş sözü ilə açan Gənc Alimlər Şurasının sədri Xəyalə Mürsəliyeva bildirib ki, Azərbaycan Respublikasını Prezidenti İlham Əliyevin Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamı bir daha ölkəmizdə milli-mədəni və tarixi irsimizin qorunması və təbliğ olunmasına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini nümayiş etdirir.

Dosent Səidə Quliyeva “Azərbaycan xalqının mübarizə tarixi və Şuşa” mövzusunda məruzə ilə çıxış edib. S.Quliyeva çıxışında Azərbaycan xalqının erməni millətçilərinə qarşı mübarizəsində Şuşa şəhərinin rolu, Azərbaycan dövlətinin Birinci Qarabağ müharibəsindən sonra işğalçı düşmən tapdağından öz ərazilərini azad etmək üçün gördüyü tədbirlər, Vətən müharibəsi və Şuşa əməliyyatı, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı olması haqqında danışıb. Azərbaycan xalqının erməni millətçilərinin həyata keçirdiyi etnik təmizləmə və soyqırımlarına qarşı mübarizəsində Şuşa şəhərinin mühüm mərkəz olmasını tutarlı faktlarla əsaslandırıb.

Məruzəçi qeyd edib ki, 1905-1906, 1918-1920, 1988-1992 və 2020-ci il döyüşləri zamanı mədəniyyət beşiyi olan Şuşa Azərbaycan xalqının separatizmə, soyqırım və etnik təmizləmə, terrora qarşı mübarizəsinin mərkəzi olub. Məhz bu səbəbdən də Şuşa şəhərinin işğaldan azad edilməsi qarşı tərəfin kapitulyasiyası və hərbi əməliyyatlarının dayandırılmasına səbəb olub. Məruzəçi daha sonra 2021-ci ildə Tarix fakültəsində hazırlanmış "Qarabağ Azərbaycandır! Zəfər Epopeyası" monoqrafiyası haqqında geniş məlumat verib.

Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.

Xəbərlər

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
10/10/2024

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2024–2025-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
05/10/2024

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində BDU-nun təşkilatçılığı ilə elmi konfrans keçirilir
04/10/2024