BDU-nun dosenti beynəlxalq elmi konfransda iştirak edib

15/02/2021

Bakı Dövət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Ələmdar Cabbarlı 2021-ci il 8-10 fevral tarixlərində Türkiyə Cümhuriyyətinin Ufuk Universitetinin təşkilatçılığı ilə keçirilən “Beynəlxalq sosial elmlər” Beynəlxalq elmi konfransında Filologiya və ədəbiyyat bölməsinin iclasına sədrlik edib.

Ələmdar Cabbarlı Filologiya və ədəbiyyat bölməsinin fevralın 10-da keçirilən iclasını giriş sözü ilə açaraq öncə Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbədən bəhs edib, bu qələbənin bütün Türk dünyasının zəfəri olduğunu vurğulayıb. O, Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamını xatırladaraq, Vətən Müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi və siyasi dəstəkdən danışıb.

Sonra konfrans öz işini davam etdirib, bölmə iclasında maraqlı məruzələr dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb. Ələmdar Cabbarlı Beynəlxalq elmi konfansda Filologiya və ədəbiyyat bölməsinin iclasına sədrlik etməklə yanaşı, eyni zamanda xalq şairi Bəxtiyar Vahabzadənin elmi irsinə həsr olunmuş “Bahtiyar Vahapzade'nin yaratıcılığında türk kültürüne ve geleneklerine bağlılık” mövzusunda məruzə ilə çıxış edib.


Xəbərlər

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü

Milli Gimnastika Arenasında BDU-nun möhtəşəm Məzun Günü
13/06/2026

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

BDU-da 2025/2026-cı tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb
13/06/2026

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub

"Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” V gənclər düşərgəsinin açılışı olub
13/06/2026