BDU-nun dosenti Cakartada çıxış edib

07/05/2018

İndoneziyanın paytaxtı Cakartada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən rəsmi qəbul və konsert keçirilib. Tədbirə İndoneziyada səfərdə olan Milli Məclisin deputatı Qənirə Paşayevanın rəhbərlik etdiyi 22 nəfər qadından ibarət Azərbaycan nümayəndə heyəti də qatılıb. Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya İqtisadiyyati kafedrasının dosenti Ümmühəbibə Qələndərova təmsil edib. Çıxış edən dosent Ü.Qələndərova Azərbaycanın davamlı iqtisadi inkişafından, inkişaf etmiş dünya ölkələrinə sürətli inteqrasiyasından bəhs edib.

Səfir Tamerlan Qarayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindəki əsas məqamlara dair təqdimatla çıxış edib, xalqımızın qədim dövlətçilik tarixinə, mədəniyyətinə və ənənəsinə malik olmasından bəhs edib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş “Əbədi ezamiyyət” sənədli filminin epizodları, ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs edən videotəqdimat, Azərbaycan haqqında müxtəlif videomateriallar, o cümlədən “Bakı Ekspo 2025”, Formula 1 Azərbaycan Qran-Prisi, Naxçıvan - İslam mədəniyyətinin paytaxtı adlı videomateriallar nümayiş olunub, iştirakçılara müxtəlif məlumat nəşrləri paylanılıb.

Mətbuat və informasiya şöbəsi, 07 may 2018-ci il

Xəbərlər

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”

BDU-nu seçən əkiz bacılar: “Bizim üçün böyük fəxrdir”
10/09/2026

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”

622,7 balla BDU-nun “Biotexnologiya” ixtisasını seçən tələbə: “Embriologiya və genetika üzrə tədqiqatlar aparmaq istəyirəm”
09/09/2026

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026