BDU-nun dosenti Eldar Kərimov vəfat edib

06/12/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Rus dili kafedrasının dosenti Eldar Kərimov vəfat edib.

Eldar Kərimov 1955-ci il martın 14-də Bakı şəhərində anadan olub. 1962-1972-ci illərdə Bakı şəhər 153 nömrəli orta məktəbdə, 1972-1977-ci illərdə BDU-nun Filologiya fakültəsində "Rus dili və ədəbiyyatı" ixtisası üzrə təhsil alıb.

1982-1985-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının əyani aspirantı olub. 1986-cı ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1997-ci ildə dosent elmi adını alıb.

Eldar Kərimov 1977-1978-ci illərdə Sumqayıt şəhər 24 saylı orta məktəbdə rus dili müəllimi, 1978-1981-ci illərdə Bakı şəhər 8 saylı internat məktəbində tərbiyəçi-müəllim, rus dili və ədəbiyyatı müəllimi,

1981-1982-ci illərdə AMEA-nın Dilçilik İnstitutunun Rus dili şöbəsində kiçik elmi işçi, 1985-1988-ci illərdə BDU-nun Rus sovet ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi kafedrasının baş laborantı, 1988-1997-ci illərdə BDU-nun Humanitar fakültələr üzrə rus dili kafedrasının baş müəllimi işləyib.

1997-ci ildən BDU-nun Rus dili kafedrasının dosenti idi.

BDU rəhbərliyi və kollektivi dosent Eldar Kərimovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur

BDU-da Böyük Qafqazın çay yataqlarının morfodinamikası tədqiq olunur
10/04/2026

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub

Görkəmli hüquqşünas alim, BDU-nun kafedra müdiri Kamil Səlimovun 70 illik yubileyi qeyd olunub
10/04/2026

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı

BDU-da “Postsovet məkanında beynəlxalq əməkdaşlıq: keçmiş sovet respublikaları və beynəlxalq siyasət nəzəriyyələri” kitabının təqdimatı
10/04/2026