BDU-nun dosenti Gülxanım Vəliyeva vəfat edib

12/01/2025

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Türkologiya kafedrasının dosenti Gülxanım Vəliyeva vəfat edib.

Gülxanım Vəliyeva 1944-cü il oktyabrın 7-də Bakı şəhərində anadan olub. 1953-1963-cü illərdə Bakı şəhəri 125 saylı orta məktəbdə, 1963-1968-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1970-ci ildən BDU-da çalışır. 1984-cü ildə “Azərbaycan dili Şərqi Abşeron şivələrinin leksikası” mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1990-cı ildə dosent elmi adını alan Gülxanım Vəliyeva 1968-1970-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi, 1970-1983-cü illərdə BDU-nun Türkologiya kafedrasında baş laborant, 1984-1990-cı illərdə Türkologiya kafedrasında baş müəllim, 1990-cı ildən həmin kafedranın dosenti kimi fəaliyyət göstərib. Gülxanım Vəliyeva həmçinin, 1985-1990-cı illərdə Filologiya fakültəsinin Həmkarlar İttifaqının sədri,  2000-2001-ci illərdə Bakı Qızlar Universitetində elmi işlər üzrə prorektor, 2008-2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Filologiya elmləri üzrə Ekspert Şurasının elmi katibi vəzifələrində çalışıb.

Gülxanım Vəliyevanın əsas tədqiqat sahəsi türkologiya və Azərbaycan dialektologiyası olub. O, 5 dərs vəsaiti, 4 metodik göstəriş və proqram, 40-a yaxın elmi məqalənin müəllifi idi.

BDU rəhbərliyi və kollektivi dosent Gülxanım Vəliyevanın vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Xəbərlər

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb

Bakı Dövlət Universitetində “Ərəb dili ayı” çərçivəsində təlimlər uğurla başa çatıb
22/08/2025

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq

BDU-nun 5 məzunu Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinin doktoranturasında təhsil alacaq
21/08/2025

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib

BDU-da “Elsevier”in Türkiyə və Mərkəzi Asiya üzrə nümayəndəsi ilə görüş keçirilib
21/08/2025