BDU-nun dosenti Gürcüstanda beynəlxalq elmi-praktik konfransda iştirak edib

11/11/2016

Tbilisi şəhərində Gürcüstanın Ali Məhkəməsi və Almaniyada yerləşən dünyanın nüfuzlu elmi-tədqiqat mərkəzlərindən biri-MaksPlank adına Cəmiyyətə daxil olan “Əcnəbi və beynəlxalq cinayət hüququ institutu”nun birgə təşkilatçılığı ilə “Terrorizm, qanunvericilik və məhkəmə təcrübəsi. Terrorizmə qarşı mübarizə siyasətində yeni vəzifələr” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Konfransda ölkəmizi Azərbaycan  Respublikası Ali Məhkəməsinin hakimi Əli Seyfəliyev və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dosenti, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris mərkəzinin rəis müavini Mirəli Kazımov təmsil ediblər.

Konfransı açan Gürcüstan Ali Məhkəməsinin sədri Nino Venetadze terrorizmlə mübarizənin qlobal xarakter daşımasının vacibliyindən, o cümlədən təhlükəsizliyin təmin edilməsində terrorizm, radikalizm, ekstremizm kimi təzahürlərlə mübarizədə birgə əməkdaşlıq əlaqlərinin önəmindən danışıb.

Tədbirdə çıxış edən hakim Əli Seyfəliyev konfransın aktual mövzuya həsr olunduğunu diqqətə çatdıraraq prezident İlham Əliyevin  rəhbərliyi ilə bu sahədə həyata keçirilən uğurlu islahatlardan bəhs edib.

Daha sonra çıxış edən Mirəli Kazımov terrorizmin ölkələrin tərəqqisinə ən böyük maneə olduğunu deyərək Azərbaycan dövlətinin terrorizmə qarşı mübarizəni daim diqqət mərkəzində saxlandığını, terrorizmin dini, milli, etnik pərdə altında yayılmasından, bunun qarşısının alınması üçün maarifçiliyin gücləndirilməsinin, ekstremizmin, qanunsuz maliyyə dövriyyəsinin qarşısının alınması kimi tədbirlərin vacibliyindən bəhs edib.  Üç gün keçirilən  konfransda müxtəlif mövzuları əhatə edən panellərin təqdimatı olub.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan nümayəndə heyətinin Gürcüstan Ali Məhkəməsinin sədri xanımNinoVenetadze ilə görüşündə bir çox məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Mətbuat və informasiya şöbəsi, 11 noyabr 2016-cı il.

Xəbərlər

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar

BDU-da “E-tarım sulama” mövzusunda elmi seminar
11/10/2024

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub

BDU-nun dekanı Türkiyənin Bartın Universitetinin tələbələrinə mühazirə oxuyub
11/10/2024

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir

BDU-nun I kurs tələbələri üçün “Adaptasiya” mövzusunda təlimlər keçirilir
11/10/2024