BDU-nun dosenti Şimali Makedoniyada beynəlxalq simpoziumda məruzə edib

26/12/2023

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının dosenti Bənövşə Hacıyeva Şimali Makedoniyada yaşayan türklərin 21 dekabr – Türkcə Təhsil Günü milli bayramı münasibətlə təşkil olunan "Orta Asiyadan Balkanlara türk dili ve mədəniyyəti” adlı simpoziumda iştirak edib. O, simpoziumda “Türkiyə türkcəsi və Azərbaycan dili təhsilində bədii nümunələrin tətbiqi üsullarının araşdırılması" adlı elmi məruzə ilə çıxış edib. Elmi məruzədə bədii nümunələrin dilin öyrənilməsindəki əhəmiyyəti araşdırılıb, müasir tədris metodlarından bəhs edilib.

Məruzədə türk və Azərbaycan ədəbiyyatından qarşılıqlı nümunələr verilərək təhlil olunub, dil tədrisinin başqa dillərlə müqayisəli şəkildə aparılmasının üstünlüyü vurğulanıb. Bənövşə Hacıyeva həmçinin texnoloji dəstəkli tədris, tələbəyönümlü tədris, qrup halında tədris məsələlərinə aydınlıq gətirib.  O, dilin öyrənilməsi prosesində mənəvi dəyərləri aşılayan tədris üsullarından istifadə olunmasının vacibliyini qeyd edib.  

Sonda məruzəçi sertifikatla təltif edilib.

Xəbərlər

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş

BDU-da qəbul imtahanlarında yüksək bal toplamış Qərbi Azərbaycandan olan gənclərlə görüş
24/10/2026

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib

BDU-nun Biotibbi Tədqiqatlar və Texnologiyalar Mərkəzinin “Biotibb: Kəşfdən tətbiqə” adlı elmi tədbiri keçirilib
23/10/2026

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim

BDU-da “Tələbəyönlü tədrisin təşkili və biliyin qiymətləndirilməsi” mövzusunda təlim
23/10/2026