BDU-nun dosenti Londonda konfransda çıxış edib

28/02/2019

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosenti Mehriban İmanova London şəhərində təşkil olunan beynəlxalq konfransda çıxış edib. M.İmanovanın çıxışı xarici alimlər tərəfindən yüksək dəyərləndirilib, təklif etdiyi üsulların geniş tətbiq sahəsi nəzərə alınaraq məqalə və monoqrafiyaların yazılması istiqamətində əməkdaşlıq, növbəti konfranslarda Təşkilat Komitəsində iştirak təklif edilib.

Qeyd edək ki, dosent həmçinin dünyanın lider universiteti olan Oksford Universitetinin təşkil etdiyi konfransa da dəvət alıb. Onun çıxışının qısa xülasəsi həmin konfransın rəsmi saytında yerləşdirilib.

 

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2019-cu il.

Xəbərlər

BDU-da ilk dərs günündən 107 il ötür

BDU-da ilk dərs günündən 107 il ötür
15/11/2026

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ

Bakı Dövlət Universiteti zamanın çağrışları kontekstində - MƏQALƏ
15/11/2026

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub
14/11/2026