BDU-nun dosenti Matsumae Beynəlxalq Fondunun təqaüd proqramına layiq görülüb

04/07/2016

Bakı Dövlət Universitetinin dosenti, kimya elmləri üzrə fəlsəfə doktoru Flora Hacıyeva Yaponiyanın Kumamoto Universitetinin Tətbiqi kimya və biokimya mərkəzinə dörd aylıq müddətində elmi ezamiyyətə göndərilib. Ezamiyyət Yaponiyanın Matsumae beynəlxalq fondunun maaliyyələşdiridiyi layihə çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində termoplastik polimer matrisləri və maqnit nanohissəcikləri əsasında olan nanokompozit strukturların kompleks fiziki-kimyəvi xassələri (maqnit, elektrofiziki, mexaniki, termiki və s) müxtəlif tədqiqat üsulları (skanedici elektron mikroskopu, işıqburaxan elektron mikroskopu, atom-qüvvət mikroskopiyası, termoqravimetrik analiz üsulu, differensial skanedici kalorimetriya, dinamik işıq səpilməsi üsulu, rentgenspektral analiz, vibrasion maqnetometriya, elektrofiziki ölçmə metodu və sair) vasitəsi ilə tədqiq ediləcəkdir. Həmçinin ifrat tezlikli elektromaqnit dalğalarını udan polimer nanokompozit materiallarının alınma texnologiyasının optimallaşdırılması, elektromaqnit dalğalarının udulması və maqnit nanokompozitlərin quruluş və xassələri arasında əlaqənin mexanizmi araşdırılacaqdır. Bu işlərin əsas məqsədi maqnit nanohissəcikləri və termoplastik polimer matrsiləri əsasında alınan nazik polimer maqnit nanokompozit təbəqələrinin hərbi təyinatlı materialların alınmasında, müxtəlif radar sistemlərin, yüksək intensivli elektromaqnit dalğalarını udan müxtəlif geyim və sursatların hazırlanmasında istifadəsindən ibarətdir. Dosent Flora Hacıyeva Matsumae Beynəlxalq Fondunun təqaüd proqramına layiq görülən ilk azərbaycanlı alimdir. Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Mirzəyev bu münasibətlə Flora Hacıyevanı təbrik edib və səfirlik tərəfdən ona dörd aylıq elmi ezamiyyətə müddətində hər cür köməklik göstəriləcəyini bildirib.

Mətbuat və informasiya şöbəsi, 04 iyul 2016-cı il.

Xəbərlər

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir

BDU əməkdaşları arasında “İlin alimi” nominasiyası üzrə müsabiqə elan edilir
06/02/2026

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”

BDU-nun Astrofizika kafedrası: “Fevralın 28-də “planetlərin böyük paradı” müşahidə olunacaq”
05/02/2026

BDU-da Çin Yaz Festivalı keçirilib

BDU-da Çin Yaz Festivalı keçirilib
05/02/2026