BDU-nun dosenti Milli Qurtuluş Günü ilə bağlı mühazirə deyib

13/06/2018

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu 15 iyun – Milli Qurtuluş Günü münasibəti iləölkənin müxtəlif bölgələrində bir sıra maarifləndirici tədbirlər təşkil edib. İyunun 12-də Ağstafa Regional Bilik Evində, növbəti gün isəŞəmkir Bilik Evində keçirilən tədbirlərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini, dosent Sevinc Əliyeva "Milli Qurtuluş Günü dövlətçilik tariximizin şanlı səhifəsidir" mövzusunda mühazirə deyib.

Mühazirəçi dosent Sevinc Əliyeva ulu öndərin Azərbaycanda hakimiyyətə qayıdışını dövlətçilik tariximizin şanlı səhifəsi kimi dəyərləndirib. Bildirilib ki, məhz bu dövrdə Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başlayıb, qarşıda duran problemlər həll olunub, əmin-amanlıq, siyasi sabitlik yaranıb.

Qeyd edək ki, Ağstafa Regional Bilik Evində keçirilən tədbirdəAğstafa Regional Bilik Evinin müdiri Leyla İsayeva, Ağstafa HeydərƏliyev Mərkəzinin direktoru Ləman Cəlilova və Bilik Fondunun baş məsləhətçisi Almaz Axundova, Şəmkir Bilik Evində keçirilən tədbirdə isə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər üzrə söbəsinin baş məsləhətçisi Davud Süleymanov çıxış edərək ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən bəhs ediblər.

Mətbuat və informasiya şöbəsi, 13 iyun 2018-ci il

 

Xəbərlər

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva

Böyük alim, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı – Zərifə xanım Əliyeva
28/04/2026

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa

BDU-da I Türkoloji qurultayın qərarlarının Türk dünyasında inteqrasiya proseslərinə təsirinə dair dəyirmi masa
28/04/2026

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub

BDU-da Ümumdünya Əməyin Mühafizəsi günü qeyd olunub
28/04/2026