BDU-nun dosenti Ərzurumda Nizami Gəncəviyə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

28/10/2025

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Əsmətxanım Məmmədova Türkiyənin Ərzurum Atatürk Universitetinin ev sahibliyi ilə keçirilən “Ortak türk fəlsəfi düşüncəsinin dahisi: Nizami Gəncəvi” adlı Beynəlxalq elmi simpoziumda iştirak edib. Tədbir Azərbaycan Respublikasının Ankaradakı Mədəniyyət Mərkəzi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Nizami Gəncəvi Fondu, Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Əsmətxanım Məmmədova simpoziumda “Nizami Gəncəvi yaradıcılığı ilə bağlı filoloji tədqiqatlar” mövzusunda məruzə edib. Alimin elmi çıxışı tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Azərbaycan və Türkiyədən tanınmış alimlərin, nizamişünasların iştirak etdiyi simpoziumda türk-islam düşüncəsinin formalaşmasında mühüm rola malik olan Nizami Gəncəvinin zəngin ədəbi və fəlsəfi irsi, ortaq mədəni dəyərlər sistemindəki yeri və ümumbəşəri ideyaları elmi müstəvidə müzakirə olunub.

Səfər çərçivəsində iştirakçılar Ərzurum şəhərinin tarixi və mədəni məkanlarını da ziyarət ediblər.

 

 

Xəbərlər

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib

AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı BDU tələbələrinə ustad dərsi keçib
13/03/2026

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”

BDU-da Əmlak Məsələləri Dövlət Xidmətinin “Karyera görüşləri”
13/03/2026

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”

“Müasir dövrdə türk və Azərbaycan dillərində rəsmi üslub”
13/03/2026