BDU-nun dosenti İsgəndər Quliyev vəfat edib

17/04/2024

Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının dosenti, tarix elmləri namizədi İsgəndər Quliyev vəfat edib.

İsgəndər Quliyev 1938-ci il iyulun 1-də Astara rayonunda anadan olub. Orta təhsilini Ərçivan kənd Puşkin adına orta məktəbdə alıb. 1960-cı ildə BDU-nun Tarix fakültəsinə qəbul olunub.

1965-ci ildən BDU-nun Tarix fakültəsində elmi-pedaqoji fəaliyyətə başlayıb. 1967-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1965-1968-ci illərdə Astara rayonu Səncərli kənd tam orta məktəbində əvvəlcə direktor müavini, sonra direktor vəzifəsində işləyib. 1970-ci ildən BDU-da müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

İsgəndər Quliyev II çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Görkəmli alim, tanınmış ictimai-siyasi xadim İsgəndər Quliyevin tədqiqat sahəsi Asiya dövlətlərinin diplomatiyası və xarici siyasəti olub.

“91-lər”in tanınmış nümayəndələrindən olan İsgəndər Quliyev 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub

BDU Gürcüstanda “Study in Azerbaijan” təhsil sərgisində təmsil olunub
18/11/2026

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub

BDU “THE Interdisciplinary Science Rankings 2027” reytinqində dünyanın TOP 500 universiteti sırasına daxil olub
18/11/2026

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub

“SABAH.city”də BDU tələbələri üçün silsilə elmi seminarlar təşkil olunub
18/11/2026