BDU-nun dosenti Tariel Abbasov vəfat edib

10/06/2026

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Tariel Abbasov vəfat edib.

Tariel Abbasov 1970-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb.

Tariel Abbasov əmək fəaliyyətinə Bakının Yasamal rayonunun 20 saylı orta məktəbində tarix müəllimi kimi başlayıb. 1992-ci ildə Qərb Universitetinin hazırlıq fakültəsində, daha sonra Politologiya kafedrasında baş müəllim, İşgüzar inzibatçılıq fakültəsində dekan müavini işləyib. 1994-çü ildə Milli Təhlükəsizlik Nazirliyinə hərbi xidmətə qəbul olunub, 2009-cu ildə ehtiyata buraxılıb.

2010-cu ildə “XX əsrin 90-ci illərində Azərbaycan Respublikasının Yaxın Şərq ölkələri ilə münasibətləri ” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2012-ci ildə BDU-nun Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasına 0,5 ştat baş müəllim vəzifəsinə təyin olunub. 2014-cü ildə isə həmin kafedrada tam ştat baş müəllim vəzifəsinə kecirilib. İndiyədək kafedranın dosenti kimi elmi-pedaqoji fəaliyyətini davam etdirib.

Onun tədqiqat sahəsi ABŞ-nin körfəz dövlətləri ilə münasibətləri olub. Dosent Tariel Abbasov 50-dən çox elmi məqalənin, 5 fənn proqramının, 2 dərs vəsaitinin və 2 monoqrafiyanın müəllifi idi.

Bakı Dövlət Universitetinin rəhbərliyi və kollektivi dosent Tariel Abbasovun vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

 

Xəbərlər

BDU-nun dosenti Tariel Abbasov vəfat edib

BDU-nun dosenti Tariel Abbasov vəfat edib
10/06/2026

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

BDU-da İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
10/06/2026

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub

BDU “Round University Ranking” reytinqində 189 pillə irəliləyərək, Azərbaycanda lider mövqeyini qoruyub
09/06/2026