BDU-nun kafedra müdiri Kərəm Məmmədov vəfat edib

10/06/2023

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin  Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kərəm Məmmədov ürəktutmasından vəfat edib.

Kərəm Məmmədov 1965-ci il fevralın 22-də Gürcüstan Dmanisi rayonunun Gəyliyən kəndində anadan olub. 1982-ci ildə BDU-nun Tarix fakültəsinə daxil olub. 1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin (Sankt-Peterburq Universiteti) Tarix fakültəsinə  göndərilib. 1990-cı ildə Leninqrad Dövlət Universitetində Tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1993-1996-cı illərdə əyani aspiranturada təhsil alıb. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2019-cu ildə Prezidentin İlham Əliyevin sərəncamı ilə BDU-nun 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə "Əməkdar müəllim" fəxri adı verilib.

Kərəm Məmmədov 1991-1993-cü illərdə BDU-nun Tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışıb. 1996-cı ildən BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 2004-cü ildə BDU-nun Arxeologiya ve Etnoqrafiya kafedrasının dosenti, 2019-cu ildə Arxeologiya ve Etnoqrafiya kafedrasının müdiri vəzifəsinə seçilib. Kərəm Məmmədov elmi-pedaqoji fəaliyyətdi dövründə 2 dərslik, 100-dən çox elmi-metodiki vəsait və elmi məqalənin müəllifi, 2 kitabın və 6 dərsliyin həmmüəllifi olub.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026