BDU-nun dosenti vəfat edib

27/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosenti, Tarix elmləri namizədi Mazanlı İlham Abbas oğlu vəfat edib. 65 yaşında dünyasını dəyişən Mazanlı İlham 1973-1978-ci illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışdır. 2003-cü ildən Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının dosentidir.
1996-2001-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti strukturuda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası İşçi qrupu rəhbərinin müavini, Qaçqınlarla və məcburi köçkünlərlə iş şöbəsi müdirinin müavini - Beynəlxalq humantar təşkilatlarla iş bölməsinin müdiri vəzifələrində çalışıb. 2001-2011-cı illərdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi Miqrasiya İformasiya Mərkəzinin direktoru vəzifəsində işləyib.
“Jurnalistika və müasir dövrün qlobal problemləri”, “Xarici ölkələrin müasir KİV sistemləri”, "Beynəlxalq həyat məsələlərinin KİV-də işıqlandırılması” və s. predmetlərdən mühazirələr oxuyub. Jurnalistikanın aktual problemlərinə aid 300-ədək elmi-nəzəri məqalənin və 5 kitabın müəllifidir.

Allah rəhmət eləsin!

Xəbərlər

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur

BDU “QS Biznes Magistr Proqramları Reytinqi”ndə ilk dəfə iki istiqamət üzrə təmsil olunur
16/09/2026

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş

BDU-da “Suveren Azərbaycan - qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş
16/09/2026

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib

İsrailin Kaye Akademik Təhsil Kollecinin layihə rəhbəri BDU tələbələrinə mühazirə deyib
16/09/2026