BDU-nun dosenti vəfat edib

26/06/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Coğrafi ekologiya kafedrasının dosenti Vaqif Əli oğlu Məmmədov vəfat edib.

Vaqif Məmmədov 1949-cu ildə anadan olub. 1972-ci ildə BDU-nun Geologiya-Coğrafiya fakültəsinin Coğrafiya şöbəsini bitirib. 1974-1977-ci ildə Kənd Təsərrüfatı Nazirliyi Eroziya və Suvarma institutunda torpaqşünaslıq ixtisası üzrə  aspiranturada təhsil alıb. 25.08.1982-ci ildə “Böyük Qafqazın Şimal-şərq yamacında eroziyaya uğramış çimli dağ-çəmən və dağ-meşə qonur torpaqların mineraloji tərkibi və xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək  kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi, 1990-cı ildə isə dosent elmi adını alıb.

V.Məmmədov 1972-1973-ci illərdə Ağcabədi rayonunda müəllim, 1973-1980-ci illərdə Eroziya və suvarma institutunda baş laborant, aspirant, kiçik elmi işçi, 1980-2000-ci illərdə AMEA-nın Torpaqşünaslıq və aqrokimya institutunda baş elmi işçi, laboratoriya müdiri, 2000-2010-cu illərdə Eroziya və suvarma institutunda laboratoriya və şöbə müdiri kimi çalışmışdır. 2011-ci ildən ömrünün sonuna kimi BDU-nun Coğrafi ekologiya kafedrasında dosent kimi çalışıb.

V.Məmmədov 90-dan artıq elmi əsərin müəllifidir. O, “Torpaq coğrarfiyası torpaqşünaslığın əsasları ilə”, “Azərbaycanın ekoloji problemləri”, “Qlobal ekoloji problemlərin regional ekoloji nəticələri”, “Təbii landşaftların bərpasında meliorativ tədbirlərin rolu” fənlərindən mühazirə və məşğələ dərslərini aparıb.

Allah rəhmət eləsin!

 

Xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”

BDU-nun Astrofizika kafedrası: “Günəş aktivliyi yüksəkdir, geomaqnit qasırğası olacaq”
04/06/2026

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir

BDU-nun Hüquq Klinikası pulsuz hüquqi yardım üzrə növbəti “Açıq qapı” günü elan edir
04/06/2026

BDU-da çöl-tədris təcrübələri başlayıb

BDU-da çöl-tədris təcrübələri başlayıb
04/06/2026