BDU-nun dosenti vəfat edib

26/01/2022

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti Sədrəddin Ələkbər oğlu Sədrəddinov vəfat edib.
S.Sədrəddinov 1941-ci il sentyabrın 27-də anadan olub. Orta təhsili 1958-ci ildə Ucar rayonunun Küçəkənd kənd orta məktəbində alıb. 1968-1974-cü illərdə BDU-nun Fizika fakültəsində ali təhsil alıb. 1965-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasında pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb, “Nazik təbəqəli ftalosianin və onun metal komplekslərində yükdaşınma mexanizmlərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
28 məqalə və tezisin, 1 dərs vəsaitinin müəllifi olub. Müxtəlif illərdə bir çox Beynəlxalq və respublika miqyaslı elmi konfranslarda iştirak edib.
Allah rəhmət eləsin!

Xəbərlər

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi

Dövlətçilik tariximizin, milli kimliyimizin təntənəsi
20/09/2026

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür

Azərbaycanda analitik kimya ixtisası üzrə ilk və yeganə akademik Rəfiqə Əliyevanın anadan olmasından 94 il ötür
20/09/2026

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva

Azərbaycan şərqşünaslığının görkəmli siması - professor Aida İmanquliyeva
19/09/2026