BDU-nun dosenti Vüqar Əliyev təşəkkürnamə alıb

17/06/2014

İyun ayının 15-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Milli Qurtuluş Gününə həsr olunmuş “Bir millət, iki dövlət: Azərbaycandan Anadoluya, Türk dünyasına könül körpüsü” adlı gecə və “Qarabağdan türk dünyasına könül körpüsü” mövzusunda 9-cu Kapadokya şeir festivalı keçirilib. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” və “Aşıq Şəmşir Mədəniyyət Ocağı” ictimai birliklərinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılan tədbirdə Türkiyənin görkəmli şairi Camal Safi başda olmaqla qardaş ölkədən və İraqın Kərkük vilayətindən şairlər də iştirak ediblər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Zəlimxan Yaqub çıxış edərək türk dünyasının şairlərinin iştirakı ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva türk dövlətlərini təmsil edən şair və yazıçıların həmişə türk dünyasını birləşdirən dəyər olduqlarını, onların yaradıcılıqlarının sevgi ilə izləndiyini qeyd edib. Qeyd edək ki, mərasimdə türk dünyasının birliyinə xidmət edən bir sıra qələm sahibləri mükafatlandırılıblar. «Onur belgesi» ilə mükafatlandırılanlar sırasında BDU-nun Jurnalistika fakültəsinin beynəlxalq jurnalistika kafedrasının dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru Vuqar Zifəroğlu da olub.

Mətbuat və İnformasiya şöbəsi, 17 iyun 2014-ci il.

Xəbərlər

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda

“BDU könüllüləri” komandası “Gəl dost olaq – Çərpələng Festivalı”nda
08/09/2026

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb

BDU-ya 600-dən çox balla qəbul olanların ixtisaslar üzrə bölgüsü açıqlanıb
07/09/2026

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub

BDU-nun Arxeologiya Tədris-Tədqiqat Mərkəzinin direktoru İsraildə elmi səfərdə olub
07/09/2026