BDU-nun dosentinin rəhbərliyi ilə Qəbələnin turist xəritələri hazırlanıb

17/03/2022

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı dosent Akif Ağbabalının layihə rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya MMC-də ilk dəfə ekoturizm konsepsiyası əsasında “Qəbələ rayonunun və Qəbələ şəhərinin turist xəritələri” ingilis dilində böyük tirajla nəşr edilib.
Xəritələrdə turistlər üçün ən zəruri mədəni, tarixi, sosial və digər obyektlər üzrə informasiyalar toplanıb.
SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi və Qəbələ Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan xəritələrdən ekologiya, turizim və otelçilik, coğrafiya və s. ixtisaslarda təhsil alan ali məktəb tələbələri də istifadə edə bilərlər.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026