BDU-nun dosentinin yeni dərs vəsaiti nəşr olunub

26/09/2021

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Sima İsmayılovanın yeni dərs vəsaiti nəşr olunub.

“Sahəvi biblioqrafiya (ədəbiyyatşünaslıq və incəsənət üzrə)” adlı kitabın elmi redaktoru Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nadir İsmayılov, rəyçiləri isə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi və Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslandır.

Dərs vəsaitində sahəvi biblioqafiyanın spesifik xüsusiyyətləri, sosial funksiyaları, təşkilati-funksional quruluşu, məzmun hüdudları və digər nəzəri problemlər şərh edilib. Kitabda informasiyalaşdırılmış cəmiyyətdə sahəvi biblioqrafiyanın yeri və rolu, cəmiyyət üzvlərinin, sahə mütəxəssislərinin biblioqrafik informasiya təminatındakı əhəmiyyəti faktiki mənbələrə əsaslanaraq təhlil olunub.

Dərs vəsaiti müavafiq ixtisas üzrə təhsil alan tələbələr, gənc tədqiqatçılar və sahə mütəxəssisləri üçün nəzərdə tutulub.

Xəbərlər

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub

BDU-nun şəhid məzunu Nicat Əhmədovun məzarı ziyarət olunub
23/09/2026

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib

BDU rektoru “UI GreenMetric Sustainable University Rankings 2026” konfransının panel müzakirəsində iştirak edib
23/09/2026

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir

“BDU könüllüləri” təşkilatı yeni könüllülərin qəbulunu elan edir
23/09/2026