BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinə 3 ixtisas üzrə tələbə qəbulu aparılır

11/08/2023

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində 5 kafedra - Ekoloji kimya, Coğrafi ekologiya, Bioekologiya, Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedraları fəaliyyət göstərir. Fakültənin tələbə və magistrantları BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində fəaliyyət göstrən Ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasında da tədqiqat aparmaq imkanına malikdirlər.

Bakalavriat səviyyəsində 3 ixtisas – Ekologiya, Torpaqşünaslıq və aqrokimya, Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Ekologiya ixtisası üzrə məzunlar elm-təhsil-istehsalatı əhatə edən bütün dövlət idarə və müəssisələrində, həmçinin özəl təşkilatlarda çalışa bilərlər. Bunlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, SOCAR, BP, Qida Təhlükəsizliyi Agentliyi və onların tabeliyindəki müəssisələr aiddir.

Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə məzunlar Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onların tabeliyindəki müəssisələr, həmçinin fermer təsərrüfatlarında, torpaq analizi laboratoriyalarında və digər qurumlarda çalışa bilərlər.

Yerquruluşu və daşınmaz əmlakın kadastrı ixtisası üzrə məzunlar Əmlak Məsələləri Dövlət Xidməti, Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və onların tabeliyindəki müəssisələrdə, həmçinin bir çox özəl şirkətlərdə çalışa bilərlər.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbərlər

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib

BDU-nun professoru Əmrah Dadaşov vəfat edib
19/07/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin şagirdlərinin beynəlxalq uğuru
18/07/2026

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib

BDU-nun Tarix fakültəsinin baş müəllimi Vaqif Nəbiyev vəfat edib
17/07/2026