BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar

12/04/2021

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti onlayn elmi seminar keçirilib.

Seminarda Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı professor Nazim Şəmilov, Ekoloji kimya kafedrasının müdiri professor Sevinc Hacıyeva, doktorantlar magistrlər və fakültənin digər əməkdaşları  iştirak edib.

Seminarda Ekoloji kimya kafedrasının doktorantı Elmina Qədirova “Bəzi metal üzvi birləşmələrdən istifadə etməklə avtonəqliyyat vasitələrinin və neft emalı sənayesinin yaratdığı ekoloji problemlərin həllinin elmi əsaslarının işlənib hazırlanması” mövzusunda məruzə edib. Məruzədə mövcud ekoloji vəziyyətin təhlili verilib, bəzi metal üzvi birləşmələrdən istifadənin yaratdığı ekoloji problemlər, ətraf mühitin mühafizəsinin təkmilləşdirilməsi sahəsinin gələcək inkişaf perspektivləri kontekstində tədqiqatın nəticələri təqdim edilib.

 

Xəbərlər

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub

BDU-da əcnəbi tələbələr üçün tanışlıq ekskursiyası təşkil olunub
16/10/2026

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

BDU-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
16/10/2026

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
16/10/2026