BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində elmi seminar keçirilib

03/12/2018

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib. Seminarda II kurs tələbəsi Gültac Nağızadənin “Alternativ enerji mənbələri, təbiətdə formaları və təsirləri”, IV kurs tələbəsi Mehrac Maqsudlunun “Göygöl Milli Parkı və Göygölün ekologiyası” və III kurs tələbələri Nəzrin Abbasova və Ülkər Hüseynovanın “Dünyanda təbii coğrafi hadisələr və onların ekoloji aspektləri” mövzularında məruzələri dinlənilib.

Dekan, professor Nazim Şəmilov, fakültə TEC-in elmi rəhbəri, dosent Leyli Kərimova, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və fakültə əməkdaşları seminarın işində iştirak edib, məruzələr ətrafında çıxışlar ediblər.

Məruzələr TEC-in üzvləri və digər iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. Sonda məruzəçilər xüsusi təşəkkürnamə ilə təltif ediliblər.

Mətbuat və informasiya şöbəsi, 03 dekabr 2018-ci il.



Xəbərlər

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib

BDU əməkdaşları üçün “Stresin idarə edilməsi” mövzusunda təlim keçirilib
13/11/2026

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər

BDU-da “Qoşa saat”: Tələbələr data idarəçiliyinin sirlərini öyrəniblər
13/11/2026

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib

BDU-da "İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası - 2026" layihəsinin ilk sessiyaları keçirilib
13/11/2026