BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar

18/03/2021

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Şəfəq Bağırova “Abşeron şəraitində Şərqi Asiya florasının bəzi oduncaqlı bitkilərinin eko-bioloji xüsusiyyətləri və istifadə perspektivliyi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qeyd olunub ki, Rusiya Elmlər Akademiyasının Baş Botanika Bağından toxum yolu ilə ilk dəfə olaraq Azərbaycana Şərqi Asiya florasına aid yeni növ canlı bitkilər gətirilərək qapalı məkanda əkilib. Tədqiqatın materialları, şəraiti və metodikası müəyyənləşdirilib, eksperimental işlərin yerinə yetirilməsində müasir metodlar araşdırılaraq istifadə edilib. Tədqiq olunan bitkilərin taksonomiyası, xarakteristikası və bioekoloji xüsusiyyətləri, tədqiq olunan bitkilərin çoxalma xüsusiyyətləri öyrənilib, bitkilərin abiotik və biotik amillərə qarşı münasibəti öyrənilib. Tədqiq olunan bitkilərin suya olan tələbatına görə qruplaşdırılması aparılıb.

Xəbərlər

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır
29/10/2026

BDU-nun professoru Adilə Abbasova vəfat edib

BDU-nun professoru Adilə Abbasova vəfat edib
29/10/2026

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar

BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin müəllimləri beynəlxalq uğur qazanıblar
29/10/2026