BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsində VII Respublika elmi konfransı keçirilib

03/05/2018

Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” adlı VII Respublika elmi konfransı öz işinə başlayıb.

Plenar iclası giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Ekologiya və torpaqşünaslıq fakültəsinin əldə etdiyi elmi uğurlardan, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulayıb.

Sonra Coğrafi ekologiya kafedrasının dosenti Allahverdi Dolxanov “Aqromeşə və meşəmelorasiya tədbirləri ilə yanaşı Tuqay meşə fondu torpaqlarında və Abşeron yarmadasında dendrologiya elminin tələbləri”, Ekoloji kimya kafedrasının magistrantı Ülkər Abdullayeva “Torpaqda Cd(II) və Pb(II) ionlarının AAS metodu ilə təyini” məruzələri ilə çıxış ediblər. Konfrans işini bölmə iclaslarında davam etdirib.

Qeyd edək ki, iki gün davam edəcək konfransa respublikanın müxtəlif elm və təhsil müəssisələrindən 150-dək məqalə təqdim edilib.

Mətbuat və informasiya şöbəsi, 03 may 2018-ci il.

Xəbərlər

BDU-da Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş

BDU-da Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş
05/05/2026

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub

BDU-da “Dayanıqlı İnkişaf Məqsədlərinin tədris və tədqiqat prosesinə inteqrasiyası” mövzusunda təlim təşkil olunub
04/05/2026

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub

İtaliyanın Calabria Universitetinin professoru BDU-nun gənc alimlərinə mühazirə oxuyub
04/05/2026